23 
May
2020
13:03
711
53
6777
Virtual karabakh

Moskva sakini çətin zamanda ona əl tutan azərbaycanlılara təşəkkür etdi - VİDEO

23 May, 2020
13:03
6777

Moskva sakini çətin zamanda ona əl tutan azərbaycanlılara təşəkkür etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Moskva şəhərində yaşayan qadın işsiz, pulsuz, ərzaqsız qaldığı çətin vəziyyətdə ona əl tutan azərbaycanlılara təşəkkür ünvanlayıb.

Oxu.Az xəbər verir ki, Lena adlı qadın bu barədə video yayımlayıb.

“Hamıya salam. Mənim adım Lenadır, Moskvada yaşayıram. Donetsk Respublikasının Qorlovka şəhərindən gəlmişəm. Uzun müddətdir, burada yaşayıram və çətin vəziyyətə düşmüşəm.

Koronavirusa görə işsiz qalmışam. Artıq iki aydan sonra bütün pulum və ərzağım bitdi. İş axtarsam da, tapa bilmədim. Tanışlarım ehtiyacı olanlara kömək edilən hansısa təşkilata müraciət etməyimi təklif etdilər.

Əlil olmasam da, iş tapmağın çətin olduğunu başa düşürdüm. Ac da qala bilməzdim. İnternetdə insanlara ərzaqla kömək edən adam tapdım. Dövlət Dumasında deputat olan həmin şəxsə müraciət etdim, o, məndən şəklimi istədi. Mən ona pasportumu, şəklimi və vəziyyətimlə bağlı səs yazımı göndərdim. O, səsimə qulaq asmadan yalnız öz millətinə kömək etdiyini bildirdi.

İnsanlara dininə və millətinə görə fərq qoyulması adamı alçaldır.

Tanışlarımın məsləhəti ilə Azərbaycanlıların Moskvadakı Cəmiyyətinə müraciət etdim. Orada dinimə, milliyyətimə görə ayrı-seçkilik etmədən yardım edəcəklərini bildirdilər”.

Bundan sonra qadın Azərbaycan cəmiyyətinin üzvlərinin ona verdikləri ərzaq payını göstərərək, onları Ramazan bayramı münasibətilə təbrik edib və təşəkkürünü bildirib:

“Siz çox açıqürəkli və mərhəmətli insanlarsınız. Sizə dərin təşəkkürümü bildirirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri