18 
Fev
2020
18:01
32
151
4962
yuxarı
MSK sədri: “Belə yollara düşmək lazım deyil”
18 Fev, 2020
18:01
4962
32
151
MSK sədri: “Belə yollara düşmək lazım deyil”
“Bəzi namizədlər bilərəkdən xoşagəlməz hallara yol verir”.
Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında deyib.
Onun sözlərinə görə, bəzi namizədlər istəyir ki, MSK qanunvericiliyi pozub, bunların istədiyini etsin:
“Namizəd tələb edir ki, onun müraciəti ilə bağlı Mərkəzi Seçki Komissiyasının rəyini iclasdan əvvəl ona verək. Qanunvericilikdə belə bir müddəa yoxdur. Ancaq namizəd bunu bilə-bilə səs-küy salmağa çalışır. Belə yollara düşmək lazım deyil”, - deyə M.Pənahov əlavə edib.
Aqşin Kərimov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək