10 
Dek
2019
12:52
92
15
2259
Virtual karabakh

Rusiyada sifarişlə həmyerlisini qətlə yetirən azərbaycanlı məhkəmə qarşısında

10 Dek, 2019
12:52
2259

Rusiyada sifarişlə həmyerlisini qətlə yetirən azərbaycanlı məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada biznesmen həmyerlisini öldürmək üçün killer tutan azərbaycanlı məhkəməyə çıxarılacaq.

Oxu.Az xəbər verir ki, 38 yaşlı azərbaycanlı İntiqam Hüseynzadə həmyerlisi Ruslan Hüseynovu sifarişlə qətlə yetirməkdə şübhəli bilinib.

O, 48 yaşlı Belarus sakini Ruslan Tarasovdan 15 min dollar müqabilində Karqapolski rayonunda yaşayan R.Hüseynovu öldürməsini istəyib.

Bundan sonra Hüseynzadə onunla razılaşan Tarasova 45 min rubl (təxminən 1200 AZN) dəyərində avtomobil alıb və xərcləri üçün daha 15 min rubl (400 AZN), həmçinin, səs boğucu və silah verdikdən sonra onun fəaliyyətini telefonla izləyib.

Şelexovski kəndində qurbanı üç güllə ilə qətlə yetirən Tarasov törətdiyi əməli tam, Hüseynzadə isə qismən etiraf edib.

Qətlin törədilməsində məqsədin Hüseynzadə ilə Hüseynov arasında olan meşə biznesi məsələsi olduğu bildirilir.

Günel Murad

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri