14 
Noy
2019
11:43
24
269
2681
yuxarı
Əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır - RƏSMİ
14 Noy, 2019
11:43
2681
24
269
Əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır - RƏSMİ
“Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev qurumun özəlləşdirilməsinə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, o deyib ki, bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır:
“Bu da onun sosial əhəmiyyəti ilə əlaqədardır. Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır. Hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz.
Özəlləşdirmənin olması məsələnin həlli deyil. Bu səbəbdən, biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşdirməyə çıxarmağı düşünürük”.
İ.Mirzəliyev istiliklə bağlı tariflərin artırılmasından da danışıb:
“Hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək”.
İlhamə Əbülfət
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək