18 
Okt
2019
10:56
98
25
2307
yuxarı
Ukraynada oğurluq edən azərbaycanlı saxlanıldı
18 Okt, 2019
10:56
2307
98
25
Ukraynada oğurluq edən azərbaycanlı saxlanıldı
Ukraynanın Xarkov şəhərində oğurluqda şübhəli bilinən azərbaycanlı saxlanılıb.
Oxu.Az xəbər verir ki, hadisə oktyabrın 17-də baş verib.
Naməlum şəxs şəhərin Sumsk küçəsində 24 yaşlı oğlandan zəng üçün telefon istəyib. Telefonu alan şəxs qaçaraq gözdən itib.
Aparılan axtarışlar zamanı hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı azərbaycanlı saxlanılıb.
Saxlanılan zaman onun cibindən oğurlanmış mobil telefon aşkarlanıb.
Əməli sübuta yetirilərsə, onu dörd ildən altı ilədək həbs cəzası gözləyir.
Samir İsayev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək