14 
Okt
2019
15:24
72
116
6228
Virtual karabakh

Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi - YENİLƏNİB

14 Okt, 2019
15:24
6228

Vamiq Məmmədəliyev: Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vasimin son nəfəsinə qədər rəngi dəyişmədi, ölümün gözlərinə mərd şəkildə baxdı.

Bunu Oxu.Az-a açıqlamasında mərhum akademik Vasim Məmmədəliyevin qardaşı Vaqim Məmmədəliyev deyib. 

O, qardaşının beyin yorğunluğundan dünyadan vaxtsız köçdüyünü deyib:

“Vasim bir neçə dəfə müalicə almışdı. Onun beyni çox yorulmuşdu. Zehni yorğunluq onu xəstə etdi. Mən onun son anlarında yanında idim və o ölümün gözünə mərd baxdı. Vasimin rəngi də dəyişməmişdi.

18 dəfə “Qurani-Kərim”i tərcümə etmişdi. Bu, onun zehnini həddən artıq yormuşdu. Sağalmaz xəstəliyə düçar etmişdi. Həkimlər deyirdi, get-gedə heç kəsi tanımaya bilər. Amma şükür ki, o qədər irəliləmədi.

Son nəfəsini verəndə hər kəsi tanıya bildi. Onunla vidalaşmağa yüzlərlə insan gəlib. Hər kəsin bir qisməti var. Hər birinizə təşəkkür edirəm”.

14:51

Vasim müəllimi bütün Azərbaycan sevirdi. 

Oxu.Az xəbər verir ki, bunu akademik Vasim Məmmədəliyevlə vida mərasimində ailə yaxınları adından çıxış edən qardaşı Vamiq Məmmədəliyev deyib. 

O, dünən vəfat edən Vasim müəllimlə son dəqiqələrindən danışıb:

“Mən Vasim müəllimin yanında idim. O, ölümə sinə gələrək vəfat etdi. Onun son anlarında yanında oldum. Necə dözümlü, mübariz insan olduğunu orada da gördüm.

Təəssüf ki, bu gün biz onu son mənzilə yola salırıq. Vasim müəllimi cismani itirdik, amma onun elmi, elm sahəsində qazandığı, miras qoyduqları itmədi, itməyəcək. Atam, anam, bütün ailəmizin fəxri idi Vasim müəllim. O, haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri