Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Padarçöl adlanan ərazisində qeydə alınıb.
Saatlı rayon sakini, 1965-ci il təvəllüdlü Əliyev Nizami Bəymirzə oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirb və maşın yolun kənarına aşıb.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim WhatsApp kanalımızda izləyin