24 
Avq
2019
15:40
31
388
11235
Virtual karabakh

Yetkinlik yaşına çatmadan fahişəliyə cəlb edilənlər - RƏQƏMLƏR

24 Avq, 2019
15:40
11235

Yetkinlik yaşına çatmadan fahişəliyə cəlb edilənlər - RƏQƏMLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il Azərbaycanda yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb edilməsi halları qeydə alınır.

Oxu.Az statistik göstəricilərə istinadən xəbər verir ki, ölkə üzrə yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi 2008-ci ildə daha çox olub.

Həmin il 10 belə hal qeydə alınıb. Bu kateqoriya üzrə 2005-ci ildə dörd, 2006-cı ildə yeddi, 2007-ci ildə səkkiz, 2009-cu ildə beş cinayət faktı aşkarlanıb.

2010, 2011, 2012, 2014-cü illərin hər birində isə iki belə hal qeydə alınıb. 2013-cü ildə bu rəqəm üç olub.

Rəsmi rəqəmlərə görə, yetkinlik yaşına çatmayanların fahişəliyə ən az cəlb edilməsi 2015-ci ildə (cəmi bir hal) qeydə alınıb.

Sonrakı illərdə isə - 2016-cı ildə dörd, 2017-ci ildə yeddi, 2018-ci ildə isə beş cinayət aşkarlanıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri