17 
Apr
2019
10:08
9
233
9003
yuxarı
Bakıda bədbəxt hadisə - Maşinist öldü
17 Apr, 2019
10:08
9003
9
233
Bakıda bədbəxt hadisə - Maşinist öldü
Bakıda teplovozdan yıxılan maşinist ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakının Nəriman Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayonun Z.Bünyadov prospektində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan teplovoz Keşlə stansiyasından keçən istiqamətdə bədbəxt hadisə baş verib.
Maşinist Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından “Bakı Metropoliteni”nə gedən dəmiryolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıq səbəbindən oradan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başladılıb.
Könül Cəfərli
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək