İyl
2022
05:36
66
289
17700
Virtual karabakh

İllər sonra gələn etiraf: “Hülya mənə əsgərlikdə olarkən xəyanət etdi” - FOTO

7 İyl, 2022
05:36
17700

İllər sonra gələn etiraf: “Hülya mənə əsgərlikdə olarkən xəyanət etdi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni Coşkun Sabah illər öncə eşq yaşadığı həmkarı Hülya Avşarla bağlı etirafı ilə gündəmə gəlib.

Coşkun Sabah, Hülya Avşarın əsgərlikdə olarkən onu köhnə futbolçu Tanju Çolakla aldatdığını bildirib.

“Əlbəttə kədərlənirəm, çox peşman oldum. Hansı insan kədərlənməz? Hülya mənə əsgərlikdə olarkən xəyanət etdi. Əsgərlikdən sonra üz-üzə görüşmək istəmədim. Bu heç də asan deyil”, - deyə Coşkun əlavə edib. 

O, xəyanətdən sonra Hülya Avşarı bağışladığını da dilə gətirib.

Qeyd edək ki, Hülya Avşar bir zamanlar sevgilisi olduğu Coşkun Sabah əsgərliyə getdikdən sonra evli və körpəsi olan futbolçu Tanju Çolakla eşq yaşayıb.

Məhəllə camaatının Tanju Çolak və Hülya Avşarın bir-birinin ardınca bir mənzilə girdiklərini jurnalistlərə bildirmələrindən sonra həqiqət üzə çıxdı.

Mənbə: Haber Global

 

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri