19 
Apr
2021
08:00
20
143
3249
Virtual karabakh

Keçmiş həyat yoldaşı Conni Deppi şərləyib

19 Apr, 2021
08:00
3249

Keçmiş həyat yoldaşı Conni Deppi şərləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış amerikalı aktyor Conni Deppi məişət zorakılığında ittiham edən keçmiş həyat yoldaşı, aktrisa Amber Hördün yalanı üzə çıxıb.

“Daily Mail” nəşrinin məlumatına görə, aktrisanın şikayətindən sonra cütlüyün Los-Ancelesdəki evinə gedən polis əməkdaşları mənzildə və Hördün üzərində hər hansı bir zorakılıq əlaməti olmadığını bildiriblər.

Polislərin döş nişanlarındakı kameraların görüntüləri də onların dediklərini təsdiq edib.

Qeyd edək ki, ötən il Ember Hörd “The Sun” nəşrinə Conni Depplə birgə ailə həyatı zamanı 14 məişət zorakılığı hadisəsinin yaşandığını bildirib. Aktyor tabloidi məhkəməyə versə də, uduzub. Məhkəmə aktrisanın ifadələrinə inanıb. İndi isə onların yalan olduğu və Deppin şərləndiyi üzə çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri