16 
Yan
2021
07:23
156
46
8680
Virtual karabakh

Keçmiş model pəhriz və idmansız arıqlamağın sirrini paylaşdı - FOTO

16 Yan, 2021
07:23
8680

Keçmiş model pəhriz və idmansız arıqlamağın sirrini paylaşdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı keçmiş model pərəstişkarları ilə pəhriz və idman məhdudiyyətləri olmadan sürətli arıqlama sirrini paylaşıb.

Lenta.ru-nun məlumatına görə, kiçik sirri barədə o, özünün “Instagram” səhifəsində yazıb.

Daniell Lloyd 10 gün ərzində görünüşünün necə dəyişdiyini göstərən kollaj yayımlayıb. O, bu müddət ərzində iki kiloqram arıqladığını deyib. Modelin sözlərinə görə, çəki itkisinin az olmasına baxmayaraq, onun bədəninin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

37 yaşlı model xüsusi bir pəhrizə riayət etmədiyini, lakin gündəlik iki keton içki içdiyini açıqlayıb.

Bu müddət ərzində idman etmədiyini deyən Lloyd karbohidrat qəbulunu azaltdığını vurğulayıb.

“Çəki itirməkdən əlavə enerjili oldum, yuxum yaxşılaşdı və zehni aydınlıq əldə etdim”, - deyə məşhur  vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri