İyn
2020
13:41
54
292
6166
Virtual karabakh

Azərbaycanlı bloqer özü haqqında film çəkdi: “Valideynlərim ayrılanda günahı özümdə gördüm” -VİDEO

6 İyn, 2020
13:41
6166

Azərbaycanlı bloqer özü haqqında film çəkdi: “Valideynlərim ayrılanda günahı özümdə gördüm” -VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir şeydən əminsənsə, onu et. Kimin bu barədə nə düşünəcəyinə isə əhəmiyyət vermə. Diqqət mərkəzində olmağı sevirəm. Ətrafımda hər zaman hər şeyin ən yaxşısının olmasını istəyirdim. Rusiyada ilk bloqerəm. Çox sayda insan mənə baxır. “Instagram”ın “Hekayə” bölməsində paylaşdığım videonu 6 milyon insan izləyib. Tamaşaçılarıma ailəm kimi yanaşıram. Mənə nəsə olan kimi, onlar dərhal nömrəmi haradansa tapıb, zəng edirlər. Mənimlə maraqlanırlar. Buna görə də, onları çox sevirəm. Məqsədim insanları bir az xoşbəxt etməkdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri bir neçə gün öncə 25 yaşını qeyd edən, Rusiyada bloqerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənov özü barədə çəkdirdiyi və “YouTube” kanalında yayımladığı 15 dəqiqəlik “Mən Hüseyn Həsənov” sənədli filmində deyib.

Ekran işində ailəsi, həyatı, məşhurluğu və arzularından söhbət açan Hüseyn ilk dəfə kamera önünə keçərək, səmimi etirafları ilə diqqət çəkib:

“Ətrafıma topladığım komanda olmasaydı, təkbaşına heç nəyə nail ola bilməzdim. Hər gün komandamla birlikdəyəm. Bir yerdə çox vaxt keçiririk. Biz icad edirik, yeni bir şey sınayırıq. Həyata keçirdiyimiz ideyalar və planlar uğurla nəticələnir.

Özümü yeni tanıdığım insanlara aça bilmirəm. Mənim üçün bu, çox çətindir. Biri ilə danışmağa başlayanda öz-özümə sual verirəm: “Qarşımdakı şəxs Hüseyn Həsənov, yoxsa sadəcə, yaxşı bir insan olduğuma görə mənimlə danışır?”

Dostlarımın 90 faizi məktəb yoldaşlarımdır. Altı yaşım olanda valideynlərim məni məktəbə göndəriblər. Sinifdə ən kiçiyi mən idim. Həmişə parta arxasında qızlarla oturmuşam. Boyum kiçik olduğuna görə, sıraya düzüləndə ən sonda mən dayanırdım. Buna görə, sıxılırdım.

Yaşadığım binanın yaxınlığında ərzaq mağazası var idi. Düşündüm ki, niyə oraya işə düzəlməyim? Mağazada çalışmağa başladım. Gündəlik 500 rubl qazancım olurdu. İstirahət günü götürsəydim, bu pulu itirəcəkdim. Fikirləşirdim ki, həmin pulu niyə itirməliyəm? Axı, bu pulu qazana bilərəm. Ayda 15 min rubl edirdi. O vaxt bu pulun dəyəri çox idi”.

H.Həsənov xatirələrini vərəqləyib, Bakıda yaşadığı zamana geri dönüb, anası ilə bağlı arzularını dilə gətirib:

“Deməzdim ki, hansısa kədərli uşaqlıq dramım olub. Gözəl valideynlərim və bir qardaşım var. Beş il Bakıda yaşamışam. Deməzdim ki, pul məni xoşbəxt etdi. Amma sevdiklərimə hədiyyələr bağışlayanda, xoşbəxt və sevincli oluram. Anama “Moscow city”də aldığım mənzili misal çəkə bilərəm.

17 yaşımdan tək yaşayıram. İşlərimin çoxluğundan sevdiklərimə çox az zaman ayıra bilmişəm. Anam üçün aldığım mənzilin təmiri tezliklə bitəcək və o, mənimlə qonşu olacaq. 

Valideynlərim illər öncə ayrılıb. Düşündüm ki, onların ayrılmasına imkan verməyəcəyəm. Onları barışdırmaq üçün hər şeyimi verərdim. Atam getdi və uzun müddətdir ki, bizdən ayrıdır. Qayıtmaq da istəmir. Anamla atam boşanmaq üçün müraciət etdilər. Bu xəbəri eşitmək mənim üçün çox ağır idi. Özümü tənha və müdafiəsiz hiss edirdim. Özümü günahkar hiss edirdim. Atamla isti münasibətim var. Onu çox sevirəm”.

Tezliklə evlənmək istədiyini söyləyən azərbaycanlı bloqer gələcək həyat yoldaşı barədə də fikirlərini bölüşüb:

“Sosial mediada yazırlar ki, adi qızlara heç vaxt baxmayacaqsan. Biz hamımız adi insanıq. Çox istəyirəm ki, gələcək həyat yoldaşımı tapım. Yarımı görəndə onun yanına gedib, həyat yoldaşım olacağını söyləyəcəyəm. Bəlkə də üz çevirib ayrılacaq. Məhz bu vaxt anlayacağam ki, həmin xanım mənim gələcək həyat yoldaşım olacaq. Ona görə də, sonuna qədər gedib, onu həyat yoldaşım edəcəyimə nail olmalıyam”.

Filmin sonunda H.Həsənov həyatda olduğu kimi, sosial şəbəkədə də səmimi və dürüst olduğunu söyləyib:

“Necə varamsa, eləyəm. Üzümə maska ​​taxıb yaşamamışam. Çünki səni hamı olduğun kimi görmək istəyir. Axmaqlığım ucbatından həyatda yaxşı insanları itirdim. Lakin buna görə heç zaman peşman olmamışam”.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri