24 
May
2020
22:37
41
219
9855
yuxarı
“Təhminə və Zaur”un altıncı mərtəbəsi... - FOTO/VİDEO
24 May, 2020
22:37
9855
41
219
“Təhminə və Zaur”un altıncı mərtəbəsi... - FOTO/VİDEO
Şou-biznesdə “Sivva” ləqəbi ilə tanınan bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni layihəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, “Altıncı mərtəbə” adlı mahnının sözləri rejissor, “Delee” təxəllüslü klipmeyker Cavid Orucluya, bəstəsi isə Sevincin özünə aiddir. Ekran işində müğənninin tərəf müqabili “Delee” özü olub.
Mahnının aranjemanı Samir Şirinova məxsusdur.
Klipin süjet xətti Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərini xatırladır.
Rejissor və bəstəkarın obrazları isə Təhminə və Zaur kimi təsvir olunub.
Qeyd edək ki, “Sivva” məşhur “Əziz müəllimim” mahnısının bəstəkarı və ifaçısı, həmçinin Xalq artistləri Aygün Kazımova, İlqar Muradov və digər sənətçilərin ifasında səslənən mahnıların müəllifidir.
Rəşad Əliyev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək