May
2020
09:37
154
422
18305
Virtual karabakh

Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO

4 May, 2020
09:37
18305

Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir sözü ilə şou gündəmini çalxalayan müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə birgə dəm-dəstgahlı məclis qurub.

Oxu.Az xəbər verir ki, sənətçi həyat yoldaşı Sevinc xanımla 27-ci evlilik ildönümlərini qeyd ediblər.

Cütlük üzərində “27 il” yazılan tortu kəsərək xoşbəxt günlərinin sevincini doğmaları ilə bölüşüblər.

Bu anları Nadir “27 il bir yerdə” başlığı ilə sosial media hesabında paylaşıb.

Diqqət çəkən məqam isə N.Qafarzadənin karantin rejimi qaydalarını yaddan çıxararaq, əməl etməməsi olub. Belə ki, düzənlənən məclisdə evdə beşdən çox insanın kamerada görünməsi sosial məsafə anlayışını darmadağın edib.

Qeyd edək ki, N.Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün Loğman və Əziz adlı oğulları var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri