29 
Yan
2020
09:56
21
192
5911
Virtual karabakh

Roza İvana Serti Bakıya gətirdi - FOTO/VİDEO

29 Yan, 2020
09:56
5911

Roza İvana Serti Bakıya gətirdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yaşayan dizayner və modelyerlik fəaliyyəti ilə məşğul olan əslən serbiyalı İvana Sert Bakıya gəlib.

Oxu.Az xəbər verir ki, Türkiyənin TV8 kanalında “İşte benim stilim” dəb şousunun münsifi olmuş İvana müğənni Roza Zərgərli ilə səmimi şəkildə görüşərək, onunla birgə böyük layihələrini bir neçə gündən sonra təqdim edəcəyinin anonsunu verib.

“Instagram” hesabının “Hekayə” bölümündə “Gözəl Bakıda yenidən sizinlə görüşürük. Bir neçə gündən sonra gözəl əylənib, həm də son bir neçə ayda yeni layihələrimizi sizə təqdim edəcəyik. Bunları sizin üçün edirik. Xoşbəxt olun”, - deyə Sert bildirib.

Roza isə öz növbəsində “Sizə 2020-ci ildə şoklar yaşadacağıq”, - söyləyərək İvananı öpüşlərə qərq edib.

Qeyd edək ki, bu, İ.Sertin Bakıya ilk gəlişi deyil. Məşhur bir neçə dəfə geyim butiklərinin açılışına gəlib, dəbdəbəli moda gecələrində iştirak edib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri