9 
Okt
2019
23:24
13
194
6270
yuxarı
Lalə aşıq Namiqə görə üç iştirakçı ilə savaşa çıxdı - VİDEO
9 Okt, 2019
23:24
6270
13
194
Lalə aşıq Namiqə görə üç iştirakçı ilə savaşa çıxdı - VİDEO
Aparıcı Lalə Mustafayeva ilə üç iştirakçı - aktyor Məcid Hüseynov, müğənni Niyam Səlami və Xalq artisti Fatma Mahmudova arasında dava yaşanıb.
Oxu.Az xəbər verir ki, Lalə öncə Məcidlə sözləşib. Səbəb isə aktyorun oyundan aşıq Namiqi çıxartması olub. Lalə hətta yaxınlarının Namiqi dəstəkləyib, onu oyunda saxlamaq üçün səs göndərdiklərini açıqlayıb.
Daha sonra söhbətə Niyam Səlami ilə Fatma Mahmudova qarışıb. Onlar Lalənin söhbətlərdə haqlı olmadığını bildirərək, səslərini onun üstünə ucaldıblar.
Şou boyunca sakit oyun apararaq, az danışıb daha çox kənardan baş verənləri müşahidə edən Lalənin bu qədər çılğın və aqressiv çıxışı izləyiciləri təəcübləndirib. Onu “yatmış vulkan”la müqayisə ediblər.
Rəşad Əliyev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək