10 
Okt
2019
01:05
130
294
14614
Virtual karabakh

Ramal oyundan Məcidi uzaqlaşdırdı - YENİLƏNİB + VİDEO

10 Okt, 2019
01:05
14614

Ramal oyundan Məcidi uzaqlaşdırdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın” şounun canlı efirindən sonra rahat nəfəs alan oyunda qalan iştirakçılar öz emosiyalarını müxtəlif formada büruzə veriblər.

Məcid Hüseynovun oyunu tərk etməsinin təsirində olan iştirakçılar fikirlərini Baku TV mikrofonu vasitəsilə bölüşməyə çalışıblar. 

 

 

00:15

Səsvermənin nəticələrini açıqlamaq üçün verilişin aparıcısı Xalq artisti Murad Dadaşov müğənni Ramal İsrafilovu tribunaya dəvət edib.

Tamaşaçıların Ramala göndərdikləri səslərin faizi 82,27 olub. İsrafilov şouda qalıb. Ramal hisslərini cilovlayaraq hədəfinin aktyor Məcid Hüseynov olduğunu söyləyib:

“Çox həyacanlıyam. Mən oyundan heç zaman xanım iştirakçını uzaqlaşdıra bilmərəm. Hədəfim siz deyilsiz, əziz Zümrüd xanım. Məcid, incimə məndən. Niyamı çıxarda bilərəm. Burada bir-iki məsələ var, onları həll etməlidir. Hədəfim sənsən, Məcid”.

Tribunaya çıxan Məcid Hüseynov oyundan çıxmağını bu cür şərh edib :

“Bu, oyundur. Amma düzgün oyun oynamaq lazımdır. Necə ki bunu Ramal etdi. Mən Ramalın hədəfi idim. Bunu da normal qəbul edirəm”.

Beləliklə, Məcid Hüseynov üçün “Maşın əldən getdi”.

Şou sabah eyni vaxtda - saat 22:00-da qaldığı yerdən 9 iştirakçı ilə davam edəcək.

23:52

Necə murdar oyundur. Mən normal oyun aparmağa gəlmişəm. Bütün bədənim əməliyyatdan çıxıb. Ayaqda qalmaq üçün nə qədər dərmanlar içirəm. Hər şeydən bezmişəm. Əsəblərim yerində deyil. Dözə bilmirəm artıq.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə aktyor Məcid Hüseynovla toqquşarkən dilə gətirib. Məcid ilə sözü çəp düşən Türkana aktyordan cavab gəlib: 

“Burada sənin adını çəkən olmadı”.

Vəlizadə isə başını avtomobilin üzərinə qoyaraq əsəbdən ağlamağa başlayıb. Qeyd edək ki, bəzi iştirakçılar kimi ifaçı Türkan Vəlizadə də oyun boyunca az danışıb, daha çox şouda baş verənləri sakitcə müşahidə edir. 

22:13

Ölkənin ən səs-küylü və bahalı televiziya layihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin doqquzuncu buraxılışı başlayıb.

Oxu.Az xəbər ki, 50 min manatlıq avtomobil uğrunda sayı iki dəfəyə qədər azalan doqquz məşhurun iştirakı ilə, şounun daha bir gərgin və mübarizə dolu efir həyacanına start verilib.

Şounun əvəzolunmaz siması və aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb. Şəkli qutuya 7 dəfə atılan müğənni Ramal İsrafilov tribunaya çıxaraq, tamaşaçılardan oyunda “qalması” üçün səs istəyib. Ramal öz mahnısını akapela şəklində oxuyaraq, izləyicilərindən onu şouda saxlamağı rica edib.

Murad Dadaşovun “Hədəfin kimdir?” sualına Ramal “Hədəfim şoumen iştirakçılardan biri olacaq” cavabını verib.

M.Dadaşov müğənni Niyam Salami və ya aktyor Məcid Hüseynovun hədəf olduğunu iddia edib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri