19 
Apr
2024
09:32
19
146
3464
Virtual karabakh

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

19 Apr, 2024
09:32
3464

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda bir neçə aydan sonra parlament seçkisinin olması gözlənilir”.

Modern.az saytına müsahibəsində Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHDP) sədri, deputat Qüdrət Həsənquliyev belə iddia ilə çıxış edib.

Partiya sədri qeyd edib  ki, seçki keçirilsə belə, yeni formalaşacaq parlamentin beş il fəaliyyət göstərəcəyini düşünmür.

“Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir. Yeni Konstitusiyada da parlamentin rolu artırılmalı, deputatların sayı çoxaldılmalıdır. Deputatların sayını ən azı 151 etmək olar. Hesab edirəm ki, yay aylarında yeni parlamentin formalaşmasından sonra 2025-ci ilin sonlarında və yaxud 2026-ci ilin əvvəlində yeni Konstitusiya qəbul olunmalıdır”, - deyə Q.Həsənquliyev əlavə edib.

Deputat daha sonra qeyd edib:

“Əslində seçki nə qədər tez olarsa, o qədər yaxşıdır. İnsanlar tam seçkiyə köklənib. Parlament seçkisi bu yaxınlarda olacaq, çox ümid edirik ki, parlamentdə yerlərimizi artıraq. Başqa partiyalarla danışıqlar aparacağıq ki, seçkiyə blok halında girək. Bununla bağlı təcrübələr var. Bu dəfə ən azı fraksiya yaratmağı hədəfləyirik”.

Qeyd edək ki, Azərbaycanda sonuncu parlament seçkisi 2020-ci ilin fevralın 9-da keçirilib. Parlamentin səlahiyyət müddəti beş ildir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri