18 
Apr
2024
23:36
81
19
782
Virtual karabakh

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

18 Apr, 2024
23:36
782

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü il aprelin 18-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İsveç Krallığının Baş naziri Ulf Kristerssona ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət məktubunu Baş Nazirin Ofisinə təqdim edib.

AZƏRTAC xəbər verir ki, direktor müavini Elinor Blomberqlə keçirilmiş görüş zamanı Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə qarşı tərəfə məlumat verilib, eləcə də İsveç-Azərbaycan əlaqələri nəzərdən keçirilib.

Həmsöhbət dəvət məktubuna görə təşəkkürünü ifadə edərək onun yüksək ünvanına çatdırılacağını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri