17 
Apr
2024
16:14
47
84
3799
Virtual karabakh

Yeni sədr kollektivə təqdim edildi

17 Apr, 2024
16:14
3799

Yeni sədr kollektivə təqdim edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub.

Oxu.Az xəbər verir ki, Fərhad Adıgözəlovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Xatırladaq ki, aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri