16 
Apr
2024
14:52
83
18
692
Virtual karabakh

Fuad Hüseynəliyev: “Qazaxıstan Azərbaycanla Ermənistan arasında bitərəf vasitəçi rolunda çıxış edə bilər”

16 Apr, 2024
14:52
692

Fuad Hüseynəliyev: “Qazaxıstan Azərbaycanla Ermənistan arasında bitərəf vasitəçi rolunda çıxış edə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qazaxıstan Azərbaycanla Ermənistan arasında bitərəf vasitəçi rolunda çıxış etməyə hazır ölkədir”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB24 TV-nin efirində çıxışı zamanı deyib.

O qeyd edib ki, Qazaxıstan Mərkəzi Asiyada çox önəmli coğrafi mövqedə yerləşir və Çin, ABŞ, Avropa, həmçinin Rusiya ilə kifayət qədər balanslı siyasət yürüdür.
Agentlik direktoru söyləyib ki, Astana həmçinin Orta Dəhliz layihəsində də çox önəmli rola sahibdir. F.Hüseynəliyevin fikrincə, məhz Qazaxıstan kimi Cənubi Qafqazda sülhün bərqərar olunmasının tərəfdarı qismində çıxış edəcək ölkələrin sayı azdır:

“Bunlardan biri Gürcüstan, digəri isə qeyd etdiyimiz kimi Qazaxıstandır, hansı ki, bu dövlətlərin Cənubi Qafqazda başqa heç bir maraqları yoxdur. Onlar burada sülhün bərqərar edilməsinin və eləcə də nəqliyyat-kommunikasiya xətlərinin açılmasının tərəfdarlarıdır. Bu, Qazaxıstan üçün həm də çox sərfəlidir, çünki bu ölkənin Gürcüstanda kifayət qədər investisiyaları mövcuddur. Eyni zamanda, Orta Dəhlizin işlək vəziyyətə gətirilməsi, o cümlədən, Ermənistanın da daxil ola biləcəyi daha geniş nəqliyyat alternativlərinin yaradılmasında böyük rolu ola bilər”.

Onun sözlərinə görə, bütün bunlara Cənubi Qafqazda sülhün bərqərar edilməsi ilə nail oluna bilər. F.Hüseynəliyev hesab edir ki, bu baxımdan, Astananın sırf sülh prosesində ciddi maraqları olduğunu demək mümkündür.

Agentlik direktoru vurğulayıb ki, Mərkəzi Asiya regionunun böyük bir dövləti kimi sülhdə maraqlı olmaq və sözügedən proseslərə qoşulmaq istəyi Qazaxıstanın öz iradəsidir. Təbii ki, bu addımları şərtləndirən siyasi ambisiyaları da var.

“Lakin hesab edirəm ki, rəsmi Astana sırf Azərbaycanın təklif etdiyi bir formatda tərəfsiz vasitəçilik etməyə razılıq verib. Yəni Azərbaycan və Ermənistan nümayəndələrinin söhbət edərək ortaq məxrəcə gəlmələri üçün öz vasitəçiliyini təklif edib. Bu addım, əlbəttə, Azərbaycanın istəyinə uyğundur. Çünki istər Rusiya, istər Avropa Birliyi, istərsə də ABŞ-nin maraqları onlara sülh prosesində obyektiv vasitəçi olmağa mane olur”, - o diqqətə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri