28 
Mar
2024
13:24
223
16
1201
Virtual karabakh

İcma sözçüsü: “Ermənistan vurduğu zərərləri kompensasiya etməlidir”

28 Mar, 2024
13:24
1201

İcma sözçüsü: “Ermənistan vurduğu zərərləri kompensasiya etməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan hökuməti həm qayıtmağımıza imkan yaratmalı, həm də vurduğu zərərləri kompensasiya etməlidir”.

Bunu “Report”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, qərbi azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər törədilib, yüzminlərlə soydaş etnik təmizləməyə məruz qoyulub, öz evlərindən didərgin salınıb:

“Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əsas məqsədi Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdış hüququnun təmin edilməsidir. Təsadüfi deyil ki, İcmanın əsas sənədi məhz Qayıdış Konsepsiyası adlanır”.

Qurum rəsmisi bildirib ki, Qayıdış Konsepsiyasında kompensasiya məsələsinə tamamilə aydınlıq gətirilib: 

“Ermənistan hökuməti azərbaycanlılara məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətə vurulmuş zərərə və mülkiyyətdən istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödəməlidir. Ermənistan hökuməti azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir. Göründüyü kimi, qayıdış hüququ və zorla qovulma nəticəsində dəymiş zərərə görə kompensasiya bir-birini istisna etmir”.

Ü.Zülfiqar vurğulayıb ki, Ermənistan hökuməti azərbaycanlıların həm öz evlərinə qayıtmasına imkan yaratmalıdır, həm də onları vurduğu zərərləri kompensasiya etməlidir:

“Bu baxımdan, qayıdış hüququnu kompensasiya məsələsi ilə qarşı-qarşıya qoymaq Ermənistan tərəfinin əbəs cəhdləridir. Xatırladaq ki, Ermənistan hökumətinin bu kimi cəhdləri ilə bağlı Qərbi Azərbaycan İcması ötən ilin avqust ayında xüsusi bəyanatla çıxış etmişdi”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri