20 
Mar
2023
17:06
196
16
935
Virtual karabakh

Deputat: “Sərhədlər delimitasiya olunmayıbsa, hansı missiyadan söhbət gedə bilər?” - AÇIQLAMA + FOTO

20 Mar, 2023
17:06
935

Deputat: “Sərhədlər delimitasiya olunmayıbsa, hansı missiyadan söhbət gedə bilər?” - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan-Ermənistan şərti sərhədinə Avropa İttifaqı missiyası gəldikdən sonra orada problemlər daha çox artıb. Əgər sərhədlər delimitasiya olunmayıbsa, hansı missiyadan söhbət gedə bilər?”

Bunu Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı missiyasının tərkibində əsasən Fransadan olan sabiq hərbçilər gəliblər:

“Eyni zamanda, bəzi Avropa ölkələrindən də missiyada iştirak edənlər var. Onların planı vizual kəşfiyyat aparmaq, Azərbaycan haqqında məlumatları öz dövlətlərinə və Ermənistana ötürməkdir. Vaxtilə ATƏT-in Minsk qrupu həmsədrlik missiyasını yerinə yetirə bilmədi, fiaskoya uğradı.

Hazırda isə Fransa ciddi cəhdlə yenidən qayıtmaq və Ermənistanı müstəmləkəyə çevirmək siyasəti həyata keçirir. Bunu ermənilər də, Avropa da başa düşür. Torpaqlarımız işğal altında olan zaman Fransa şirkətləri iqtisadi mənfəətləri üçün oranı azğıncasına darmadağın ediblər. Bu məqsədlə yenidən regiona dönməyə çalışırlar”.

“Missiya gəldikdən sonra Rusiyanın da açıqlaması olub ki, bu, sülhün bərqərar olması üçün ancaq zərbədir. Proqnozlar özünü doğruldur. Təsəvvür edin ki, orada hansısa təxribat zamanı missiyanın bir nümayəndəsi yaralanarsa, birmənalı şəkildə hər yerə elan verəcəklər ki, bu, Azərbaycan tərəfindən edilib”, - deyə deputat əlavə edib. 

O qeyd edib ki, hazırda Azərbaycan xalqı Novruz bayramını qeyd edir:

“Məhz belə gündə düşmən təxribat törətdi, hərbçimiz yaralandı. Bu təxribatın törədilməsi Ermənistan rəhbərliyinin bütün dəyərlərdən uzaq olduğunu nümayiş etdirir. Ermənistan bu hadisələri hansısa dövlətin, təşkilatın altında gizlənməklə törədir. Neçənci dəfədir ki, onlara xəbərdarlıq edilir. Amma onlar bunlara əhəmiyyət vermirlər. Etdikləri əməllər beynəlxalq qanunlara ziddir. Azərbaycan öz mövqeyindən əl çəkən deyil”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri