Fev
2023
17:50
194
75
1116
Virtual karabakh

Ermənistan XİN rəhbəri: “Ermənistanla Türkiyə arasında danışıqlarda irəliləyişlər var”

7 Fev, 2023
17:50
1116

Ermənistan XİN rəhbəri: “Ermənistanla Türkiyə arasında danışıqlarda irəliləyişlər var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanla Türkiyə arasında danışıqlarda müəyyən irəliləyiş var”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan almaniyalı həmkarı Annalena Burbok ilə Berlində keçirilən birgə brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması barədə müzakirələr aparılır.

Nazir qeyd edib ki, proses bir qədər ləng templə getsə də, müsbət irəliləyişlər var və bu, yaxşıdır.

“Bu yaxınlarda Ermənistan və Türkiyə hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəliblər, bu isə növbəti müsbət addımdır. İrəvan ümid edir ki, proses daha da əhəmiyyətli nailiyyətlərlə davam edəcək”, - deyə o bildirib.

Mənbə: “Sputnik” Ermənistan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri