Fev
2023
17:28
195
18
1572
Virtual karabakh

Bakının Güney Azərbaycanla bağlı iddialı gündəliyi - TƏHLİL

7 Fev, 2023
17:28
1572

Bakının Güney Azərbaycanla bağlı iddialı gündəliyi - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin İrana qarşı hərbi-siyasi həmlələrinin aviazərbələrlə müşayiət edilməsi, ABŞ ilə Britaniyanın İslam Respublikasının sütunlarını laxlatmaq üçün planları Azərbaycanın Tehran üzərindəki iddialı rolunu stimullaşdırır.

Eyni zamanda Bakı-Tehran körpüsündəki çat verən xətlər Azərbaycanın daha böyük göstəricilərə diqqət yetirməsini aktuallaşdırır.

Qeyd etmək lazımdır ki, Bakı İranda yaşayan azərbaycanlıların taleyi ilə bağlı prioritetlərindən əl çəkməyib və Tehrandakı səfirliyə hücum belə, bu iradəni sındıra bilməyib.

Azərbaycan İrandakı türklərin hüquqlarının müdafiəsi ilə bağlı tezislərini canlandırarkən Tehran da bunun qarşısını almaq üçün var-gəl edir.

İran indi köhnə “dostu” və qədimi rəqibi Rusiyadan ikiəlli yapışmaqla proseslərin başında qırılmamasına çalışır, hərçənd ki, Moskvadan verilən reaksiyalar Tehran üçün məqbul deyil.

Buna görə də Tehran Moskvanın maraqlarını alternativ kanallara calaq etməklə ona nəsə vəd verə bilər.

Yəqin ki, Azərbaycana qarşı fəaliyyəti iflic olan İran Yaxın Şərqdəki proksi qüvvələrin, hətta bu azmış kimi, ideoloji cəhətdən düşmən kimi yanaşdığı ekstremist elementlərin Cənubi Qafqazda zühur etməsinə cəhd göstərir.

Bunun üçün İran Moskvadan razılıq almalıdır və zəmanət verməlidir ki, Yaxın Şərqdəki radikal ünsürlər Kremlə qarşı cəbhənin iştirakçısına çevrilməyəcəklər.

Rusiya Ukraynadakı müharibə səbəbilə İrandan tədarük etdiyi silahların sayını artırdıqca, Tehrana yaşıl işıq yandıra bilər.

Ancaq düşünmək olmaz ki, Moskva strateji meyarlar baxımından Azərbaycana qarşı alternativ cəbhənin komandanına çevrilsin.

Bunun minimum üç səbəbi var:

1. Azərbaycanla Rusiyanın Ermənistana aid strateji qavrayışları eyniyyət təşkil edir ki, əlavə problemlər birgə əməkdaşlığı zədələyə bilər;

2. Rusiya Türkiyə ilə münasibətlərini kəskinləşdirməkdən qaçır;

3. Rusiya Ukraynada üzləşdiyi ağrıların Cənubi Qafqazdakı orqanlarına təsir etməməsi üçün İranla dərin bir anlaşmaya getməz. Çünki Rusiyanın İranla sövdələşməsi Qərbin Tehrana qarşı planlarının yanında çox cüzi təsirlər qazanmaq gücsüzlüyünə malikdir.

Azərbaycan İranla hibrid müharibə şəraitində onun hansı trayektoriyaya daxil ola biləcəyini də hesablayır. Tehran Azərbaycandan qisas almaq üçün daha təhlükəli oyunlar qurmaq istəklərini gözardı etməyib.

Ancaq Tehranın kəşfiyyat fəaliyyəti və daxil olduğu uğursuzluqlar marşrutu onu zəiflədir, zəifləmiş İran isə Azərbaycan üçün uğurlu komponentlər deməkdir.

Azərbaycanla Türkiyə və bu strateji müttəfiqliyə dəstək verən güclər İran daxilində birlikdə iddialı gündəlik formalaşdırmaq qabiliyyətini yüksəldirlər.

Azərbaycan ilkin mərhələdə İranın iki vilayətində - Qərbi və Şərqi Azərbaycan vilayətlərindəki soydaşlarımızın hüquqlarının müdafiəsi üçün genişmiqyaslı kampaniya başlada bilər.

Sonrakı etapların necə olacağı isə maraq doğurur. Şərhi bu cür vermək olar ki, Azərbaycan strateji müdafiə zərurətlərindən irəli gələrək müttəfiqləri və tərəfdaşları ilə birlikdə hərəkət edərək İrandakı digər vilayətlərdə də aktivlik göstərsin. 

İran qaçılmaz bir həmlə qarşısında əzələlərini şişirtməklə hədə-qorxu gəlməyə davam edə bilər, ancaq necə deyərlər, ox yaydan çıxıb.

Bakının fəallaşması, Tehranın təxribatları Azərbaycan-İran münasibətlərində ideoloji və təbliğat müharibələrini gücləndirəcək.

İranın şişən əzələləri Naxçıvan bölgəsi ilə bağlı təxribatlar hazırlamasına vadar edə bilər. Ancaq bu təxribatlar da uğursuz kəşfiyyat planı kimi arxivə gedəcək, çünki Naxçıvanla bağlı Bakı ilə Ankaranın ortaq qırmızı xətlərinin miqyası çox genişdir...

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri