27 
Yan
2023
11:32
400
23
5686
Virtual karabakh

Deputat: “İran artıq əndazəni aşıb, məsələ belə qalmayacaq” - FOTO

27 Yan, 2023
11:32
5686

Deputat: “İran artıq əndazəni aşıb, məsələ belə qalmayacaq” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səfirliyimizə olan hücum çox böyük problemdir. Bu, nə mədəniyyətə, nə qonşuluğa, nə də dövlətçiliyə sığan hərəkətdir”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə Azərbaycanın İrandakı səfirliyinə səhər saat 08:30 radələrində edilən silahlı hücuma münasibət bildirərkən deyib.

Deputat İranın mütləq şəkildə cavabını almalı olduğunu vurğulayıb:

“Səfirliyimizə silahlı hücum etmək, orada qətl törətmək dəhşətli bir məsələdir. Ona görə də düşünürəm ki, İran dövləti buna cavab verməlidir. Bu, kiçik məsələ deyil, artıq əndazəni aşıblar. İran bizə qarşı sırf düşmənçilik edir. Əgər bir dövlət öz daxilində sabitliyi qoruya bilmirsə, ərazisində xarici ölkənin səfirliyinə hücum təşkil olunursa, deməli, ya orada qanunlar işləmir, ya da İran özbaşınalıq edir. Ona görə də Azərbaycan tərəfdən bu hərəkətə böyük reaksiya veriləcək. Şəhidimizə Allah rəhmət eləsin! Mən həmin mənzərəni ifadə edəcək söz tapa bilmirəm. Bu məsələ belə qalmayacaq, problem həllini tapmalı və onlar cavablarını almalıdırlar”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri