Dek
2022
22:25
299
49
14750
Virtual karabakh

Azərbaycan erməniləri “təəccübləndirdi” - VİDEO

7 Dek, 2022
22:25
14750

Azərbaycan erməniləri “təəccübləndirdi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsindən sonra regionda yeni reallıqları işə salan Azərbaycan yekun sülhün humanizm prinsipləri əsasında təmin olunması üçün çalışır.

Tez-tez dəyişən danışıqlar masası sülh prosesinin ləngitsə də, hələ də davam edir.

Vətəndaşlığımızı qəbul edəcək ermənilərin digər xalqlar kimi bərabər hüququna sahib olacağının dəfələrlə qarantını versək də, prosesin başlamasını istəməyən qüvvələr müxtəlif yollarla münasibətləri korlamağa çalışırlar.

Hazırda regionda davam edən gərginlik fonunda ermənilərdə belə bir düşüncə var idi ki, Azərbaycan Qarabağda ermənilərin yaşadığı bəzi ərazilərə zor gücü ilə girəcək.

Lakin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold” QSC-nin əməkdaşlarının daxil olduğu qrupun torpaqlarımıza səfəri bu düşüncəni alt-üst etdi.

Qarabağa yollanan mütəxəssislərimiz sülhməramlıların Xocalıdakı qərargahına səfər edərək qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda monitoriq üçün yol xəritəsi hazırlamağa başlayıb.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri