28 
Noy
2022
22:42
465
52
4326
Virtual karabakh

Tatarıstan Prezidenti Azərbaycanda səfərdədir - FOTO

28 Noy, 2022
22:42
4326

Tatarıstan Prezidenti Azərbaycanda səfərdədir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Bakıya gəlib.

O, Azərbaycanın paytaxtında Tatarıstan-Azərbaycan biznes forumunda iştirak edəcək.

Minnixanovun sənaye müəssisələrinin rəhbərlərindən, kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələrindən ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə təşrif buyurduğu bildirilib.

Tatarıstan prezidenti artıq Bakıda Azərbaycanın tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb.

“Tatarıstan və Azərbaycan tarixən isti dostluq münasibətlərinə malikdir. Burada yaşayan soydaşlarımız isə dilin, adət-ənənələrimizin, mədəniyyətimizin qorunub saxlanmasına böyük töhfələr verirlər”, - deyə Minnixanov görüş zamanı bəyan edib.

Onu da xatırladaq ki, bu günlərdə Qabdulla Kariyev adına Kazan Tatar Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda qastrol səfərindədir. Bundan əlavə, Bakıda Volqaboyu Bulqarıstanın İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuş sərgi keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri