25 
Noy
2022
11:28
148
16
1590
Virtual karabakh

Deputat məhkəmə qərarlarının icrasından şikayətləndi

25 Noy, 2022
11:28
1590

Deputat məhkəmə qərarlarının icrasından şikayətləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda 2020-ci ilin sonuna qədər 1 milyon 200 min məhkəmə işinin icraya yönləndirilməsi gözlənilir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycanda məhkəmə qərarlarının icrasında problemlər yaşanır.

“Mən hökumətə təklif edirəm ki, məhkəmə qərarlarının icrası üçün ayrılan vəsaitin həcmini çoxaltsın. Məhkəmə qərarları icra edilmədikcə bu, ölkənin investisiya mühitinə olan etibarı da azaldacaq”, - deyə deputat əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri