İyl
2022
14:32
156
16
892
Virtual karabakh

Türkiyə və Azərbaycan qeyri-qanuni miqrasiyaya qarşı birgə mübarizə aparacaqlar

4 İyl, 2022
14:32
892

Türkiyə və Azərbaycan qeyri-qanuni miqrasiyaya qarşı birgə mübarizə aparacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin son iclasında Türkiyə ilə Azərbaycan arasında Təhlükəsizlik Əməkdaşlığı Sazişinə dəyişikliklər edən əlavə protokolun təsdiq edilməsi təklifi qəbul edilib.

Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran azərbaycanlı hüquq-mühafizə əməkdaşlarının Türkiyədə kurslar və təlimlər keçdiklərini bildirib.

“Azərbaycanla terror, narkotik, qaçaqmalçılıq, mütəşəkkil və ictimai asayiş cinayətlərinə qarşı birgə mübarizə aparırıq. Bunu edərkən, o cümlədən fəlakətlər və fövqəladə hallarda qarşılıqlı dəstək zamanı yeni əməkdaşlıq imkanlarını dəyərləndiririk”.

Hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə artan əlaqələri əsasında 2013-cü ildə imzalanan Təhlükəsizlik Əməkdaşlığı Sazişinin yenilənməsinin zəruriliyini xatırladan Kıran bu məqsədlə 2020-ci ildə əlavə protokolun imzalandığını bildirib:

“Əlavə protokolla insan alveri və miqrant qaçaqmalçılığı ilə yanaşı, məcburi əmək və qeyri-qanuni miqrasiya birlikdə təqib ediləcək cinayətlər sırasına daxil edilib. Terror cinayətləri, casusluq və dağıdıcı fəaliyyətlər, ödəniş üsulları və qiymətli kağızlar fırıldaqçılığı, hər cür əmtəə və digər məhsulların qaçaqmalçılığı, vətəndaşların həyatına, sağlamlığına, şərəf və ləyaqətinə qarşı cinayətlər, mülkiyyət əleyhinə cinayətlər və orqanların, toxuma və hüceyrələrin qanunsuz ticarəti kimi cinayət növləri də həmçinin yeni əməkdaşlıq sahələri kimi müqaviləyə əlavə edilib”.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri