İyl
2022
13:12
94
15
1669
Virtual karabakh

Arbaxan Maqomedov: “İrəvanın bəyanatlarının mənası aydın deyil”

1 İyl, 2022
13:12
1669

Arbaxan Maqomedov: “İrəvanın bəyanatlarının mənası aydın deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan çətin vəziyyətdədir. Azərbaycan, Türkiyə və Rusiya kimi dövlətlər üçün hər şey az-çox göz önündədir - onlar uğur əldə ediblər və bu uğur təkcə Qarabağ münaqişəsinin həlli ilə kifayətlənmir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında tarix elmləri namizədi, siyasi elmlər doktoru, Moskva Dövlət Linqvistika Universitetinin Regionşünaslıq nəzəriyyəsi kafedrasının professoru Arbaxan Maqomedov Ermənistan siyasi hakimiyyətinin bir-birinə zidd və yeni reallıqlardan uzaq bəyanatlarına münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin ölü nöqtədən tərpənməsi Bakı, Ankara və Moskva üçün faydalıdır:

“Ermənistan isə nizamlanma prosesini “beynəlmiləlləşdirmək” istəyir. İrəvan Moskvaya jestlərlə yanaşı, Qərblə, ilk növbədə Fransa ilə daimi əlaqə saxlayır. Bakı və Moskva bu məsələni lokallaşdırmaq istəyir, bildirirlər ki, bütün problemləri özləri həll edəcəklər və Ermənistan Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycanla danışıqlar masası arxasına oturmalıdır. Türkiyə də prosesə qoşulsa, daha yaxşı olar. Amma dediyim kimi, İrəvan Qafqazda gedən müzakirələri Qərbə tərəf çəkib aparmaq istəyir. Başa düşmək lazımdır ki, Nikol Paşinyan və komandası Qərbə yönəlib. Qərblə əlaqəni kəssələr, geosiyasi tənhalığa düşəcəklər və Ermənistanın baş nazirinin himayədarları bundan qorxurlar”.

Arbaxan Maqomedov Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyətlə iş üzrə idarəsinin rəis müavini polkovnik Saak Saakyanın təxribat xarakterli açıqlamasına da münasibət bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan mətbuatına verdiyi açıqlamada Saak Saakyan qeyd edib ki, Ermənistan ordusunda müqavilə əsasında işləyən hərbçilər Qarabağda xidmətə göndəriləcək. Bu isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla ziddiyyət təşkil edir. Belə ki, Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşməsi ilə paralel olaraq orada qalan Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan torpaqlarından tamamilə çıxmalıdırlar.

“Düzünü desəm, bu bəyanatların (erməni tərəfindən səsləndirilən - red.) mənasını anlamıram. Bəli, mətbuatda belə xəbərlər yayıldı ki, guya Rusiya Qarabağda müvəqqəti olaraq yerləşmiş sülhməramlılarının müəyyən hissəsini Ukraynanın şərqinə göndərib. Amma mən erməni hərbçilərinin məntiqini anlamağa çalışıram. Bəlkə, onlar erməni hərbçilərinin rusiyalı sülhməramlıları əvəzləyəcəyini düşünürlər? Lakin bu, mümkün deyil. Deməli, bu, hansısa təxribatın bir hissəsidir”, - deyə Arbaxan Maqomedov qeyd edib.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri