19 
Yan
2022
11:16
689
45
4977
Virtual karabakh

Ərdoğanın bəyanatı, Əliyevin Putinə zəngi - ŞƏRH

19 Yan, 2022
11:16
4977

Ərdoğanın bəyanatı, Əliyevin Putinə zəngi - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ukrayna böhranından çıxış yolları təklif edən beynəlxalq diplomatik fəaliyyət maşınının çarxına çevrilir, Prezident İlham Əliyevin Kiyevə səfəri də Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə vermək məqsədi daşıyırdı.

Əvvəlcədən qeyd etdiyimiz kimi, İlham Əliyevin səfəri Azərbaycan-Türkiyə-Ukrayna üçlüyünün müştərək maraqlarının bəyanı, eyni zamanda Bakı-Ankara-Moskva maraqlarının Ukrayna mövzusunda uzlaşdırılması baxımından əhəmiyyətli idi.

Ancaq hər keçən gün Ukrayna ətrafında yaranan situasiyanı daha da gərginləşdirir və Moskva-Kiyev qarşıdurması ehtimalları güclənir.

Belə bir məqamda Qərbin “boz kardinalı” olan Böyük Britaniya Ukraynanı silahlandırır, görünür ki, bu az da olsa, Rusiya üçün çəkindirici faktora çevrilir.

Yanvarın 18-də Ukraynaya tuşlanan silahların atış vəziyyətindən çıxarılması üçün yüksək səviyyəli siyasi-diplomatik təmaslar davam etdirildi:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın işğal ssenarisinin mümkünsüzlüyünə diqqət çəkdi,

- Cənab Ərdoğan İlham Əliyevlə və rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna mövzusunu müzakirə edəcəyini bildirdi,

- İlham Əliyev Ərdoğanın məlum bəyanatından sonra Rusiya Prezidenti Vladimir Putinə zəng etdi, Ukrayna münaqişəsi də liderlərin müzakirə predmetinə daxil oldu, 

- Ərdoğanın Ukraynaya səfəri gözlənilir. 

Britaniyanın Ukraynaya yeni silahlar göndərməsi fonunda baş tutan danışıqlar ən azından hərbi əməliyyatlar planını bir qədər arxa plana salır.

Bunu sübut edən digər arqument budur ki, ABŞ və Rusiya baş diplomatlarının (Entoni Blinken və Sergey Lavrov) Cenevrədə danışıqlar masasına əyləşəcəyidir.

Növbəti təmasların isə Azərbaycan-Türkiyə-Rusiya üçbucağında baş tutacağını söyləyə bilərik, Bakının mövqeyinə müraciət edilməsinin səbəblərinə gəlincə, bu, Azərbaycan dövlətinin regional oyunçuya çevrilməsinin göstəricisi kimi qəbul oluna bilər.

NƏTİCƏ:

1. Təmaslar həm də Britaniya amili bağlıdır,

2. Azərbaycan postsovet ölkələrindəki prosesləri diqqətlə izləyir və baş verə biləcək hadisələrin ölkəyə təsir etməməsi üçün çalışır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri