Dek
2021
11:44
63
13
834
Virtual karabakh

BMT-nin ali nümayəndəsindən davamlı sülh üçün ÇAĞIRIŞ

2 Dek, 2021
11:44
834

BMT-nin ali nümayəndəsindən davamlı sülh üçün ÇAĞIRIŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos “Mədəniyyət naminə sülh” Tərəfdaşlıq Forumuna videomüraciət ünvanlayıb.

Oxu.Az-ın məlumatına əsasən, o bildirib ki, davamlı sülhə nail olmaq üçün bütün imkanlar səfərbər edilməli və birgə çalışılmalıdır.

Onun fikrincə, sülh mədəniyyətinin formalaşdırılması, inkişaf etdirilməsi və davamlı sülhün təmin edilməsi bir-birini tamamlayan prosesdir:

“Mədəniyyətlərarası və dinlərarası dialoq qarşıdurmaya qarşı mühüm alətdir. Mədəniyyət naminə sülhün məqsədi BMT-nin Sivilizasiyalar Alyansının məqsədinə uyğundur”, - deyə ali nümayəndə bildirib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri