20 
Okt
2021
12:42
160
13
2514
Virtual karabakh

Semyon Uralov: “Onlar Ermənistan cəmiyyətini parçalamaq üçün çalışırlar”

20 Okt, 2021
12:42
2514

Semyon Uralov: “Onlar Ermənistan cəmiyyətini parçalamaq üçün çalışırlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan hazırda populyarlığını itirir. Bunun fonunda rəqibləri erməni cəmiyyətində parçalanmaq üçün çalışmaqla siyasi xal qazanırlar.

Bu sözləri rusiyalı politoloq, “SONAR-2050” analitik layihəsinin baş redaktoru Semyon Uralov Oxu.Az-a erməni siyasətçilərin müxtəlif ölkələrdən, o cümlədən Hindistandan sülhməramlıları cəlb etməklə Qarabağ-Zəngəzur məsələsində İrəvana kömək edə biləcəyi fikrinə münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, Ermənistan tərəfinin bu cür bəyanatları siyasi texnoloji məna kəsb edir:

“Bu, bir çox ölkələrdə siyasi qüvvələrin istifadə etdiyi modeldir. Moldovaya, Ukraynaya baxın. Siyasətçilərin təxəyyülü genişdir”, - deyə o, bildirib.

Müsahib Ermənistana kömək edə biləcək ölkələrin adlarının “havadan” götürüldüyü fikri ilə razılaşaraq, erməni politoloqların sadəcə özləri üçün bir növ əsaslandırma hazırladıqlarını bildirdi.

“Məsələn, Ukrayna böhranında Polşanın eyni rolunu izləyirlər. Varşava aktivlik göstərir və nizamlanmada iştirak etmək istəyir”, - deyə politoloq əlavə edib.

Hindistan fikrinə gəlincə isə Uralov bu fikrin Pakistana qarşı bir tarazlıq olaraq yaradıldığını düşünür.

“Onlar Pakistanın iştirakı ilə keçirilən sonuncu “Üç qardaş” təlimlərini xatırladılar və informasiya səs-küyü yaratmağa qərar verdilər. Bütün bunların məqsədi münaqişə istehsalıdır”, - deyə o, vurğulayıb.

Müsahib Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyanın ötən gün dərc etdiyi məqalədə İrəvanın danışıqlarla çox şey qaytara biləcəyi fikrinə də münasibət bildirib. O, revanşist hisslər üzərində oyun qurulduğunu ehtimal edib.

“Baxın, itirilmiş ərazilərin qaytarılması Azərbaycan üçün milli ideyanın bir hissəsinə çevrilmişdi. Hazırda Ermənistanda “düşmənə” (dırnaq işarəsi bizimdir - red.) cavab vermək üçün eyni şeyi etməyə çalışırlar. İrəvanda revanşa hazırlaşırlar, xüsusən də Ermənistanın “Cənubi Qafqazdakı İsrail” olduğuna əmin olduqları üçün, bu barədə danışmağı xoşlayırlar”, - deyə müsahib əlavə edib.

Politoloq erməni millətçi “Sasna Tsrer” partiyasının liderlərindən biri Varujan Avetisyanın başqa ölkələrdən sülhməramlıların cəlb edilməsinin və xarici əməkdaşlığın şaxələndirilməsinin zəruriliyi, həmçinin Ermənistan üçün əsas təhlükənin Rusiya və Türkiyə olduğu barədə dediklərini sadəcə erməni siyasətçilərinin məsuliyyətsiz fikri adlandırıb.

“Cəmiyyətin əhəmiyyətli bir hissəsi Nikol Paşinyandan məyusdur. Deməli, müxalifətçinin bütün bu sözləri, bayaq da dediyim kimi, siyasi xal qazanmaq cəhdindən başqa bir şey deyil”, - deyə S.Uralov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri