15 
Sen
2021
17:55
413
32
9059
Virtual karabakh

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

15 Sen, 2021
17:55
9059

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb.

“Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanın 2010-cu ilin inzibati bölünməsini de-yure qəbul etdiyini açıq şəkildə bilsinlər”, - deyə o bildirib.

Qeyd edək ki, N.Paşinyan daha əvvəl Gorus-Qafan yolundakı hadisənin şərhi zamanı Azərbaycan toponimlərindən istifadə edərək hadisənin Eyvazlı və Çayzəmi yaxınlığında baş verdiyini bildirmişdi.

Mənbə: “Sputnik Ermənistan”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri