21 
İyn
2021
13:24
333
15
1412
Virtual karabakh

Azərbaycan Yəhudi icmaları: “Şuşa Bəyannaməsi bölgədə uzunmüddətli sülh üçün mühümdür”

21 İyn, 2021
13:24
1412

Azərbaycan Yəhudi icmaları: “Şuşa Bəyannaməsi bölgədə uzunmüddətli sülh üçün mühümdür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Yəhudi icmaları Şuşa Bəyannaməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Biz – Azərbaycan yəhudiləri, əsrlər boyu bu ölkədə sülh, əmin-amanlıq, rifah şəraitində yaşamış və Azərbaycanı öz doğma vətənimiz hesab edirik. Bunun bariz nümunəsi bizim övladlarımızın 44 günlük Vətən müharibəsində, o cümlədən əziz Şuşa şəhərinin azad olunmasında yaxından iştirak etməklə öz vətənləri qarşısında oğulluq borclarını yerinə yetiriblər. 

Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi önəm kəsb edir və iki dost və qardaş ölkə arasındakı münasibətləri strateji cəhətdən ən yüksək zirvəyə çatdırır. 

Şuşa Bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir və tərəfimizdən dəstəklənir. Eyni zamanda, Cənubi Qafqaz bölgəsində iqtisadi əlaqələrə və ümumilikdə daha geniş miqyasda iqtisadi inteqrasiyaya böyük töhfə verəcək Zəngəzur dəhlizinin açılmasını alqışlayırıq. Biz – Azərbaycan yəhudiləri Azərbaycanın əzəli mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyətini bir daha vurğulayır və bu müttəfiqlikdə Azərbaycan dövlətinin yanında olduğumuzu bəyan edirik. 

Milix Yevdayev - Dağ Yəhudiləri Bakı Dini icmasının sədri 
Aleksandr Şarovski - Avropa Yəhudiləri Bakı Dini icmasının sədri 
Zamir İsayev - Gürcü Yəhudiləri Bakı Dini icmasının sədri”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri