20 
Yan
2021
17:51
521
35
7947
Virtual karabakh

Bakı və İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlara başlayır

20 Yan, 2021
17:51
7947

Bakı və İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlara başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışıqlara başlayır.

“Sputnik Ermənistan”nın məlumatına görə, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ölkə parlamentində deputatların suallarını cavablandırarkən bildirib.  

“Yeni sərhədlərdə müvəqqəti sərhədçi mövqelərinin quraşdırılması demək olar ki, başa çatıb. Biz artıq sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlara başlayırıq. Hökumət müxtəlif qurumlarla məsləhətləşmələr aparıb və bizim mövqeyimiz nəzərə alınıb. Son nəticədə Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik hökm sürəcək. Lakin proses hələ çox uzun çəkəcək”, -deyə T.Avinyan bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri