27 
Sen
2020
14:14
1394
47
10060
Virtual karabakh

Hikmət Hacıyev: “Prezidentin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirildi”

27 Sen, 2020
14:14
10060

Hikmət Hacıyev: “Prezidentin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirildi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Təhlükəsizlik şurasının iclasında Baş nazir, Milli Məclisin spikeri və digər aidiyyəti strukturların rəhbər şəxsləri də iştirak edib:

“Dövlət başçısı tərəfindən aidiyyəti strukturlara real vəziyyətlə əlaqəli olaraq lazımi tapşırıqlar verildi. Hər bir dövlət qurumu da bu istiqamətdə öz fəaliyyətini davam etdirməkdədir. Düşmənin bu kimi təxribatlarının qarşısının alınması, Azərbaycan Silahlı Qüvvələri tərəfindən qarşıya qoyulan tapşırığın effektiv şəkildə həyata keçirilməsi istiqamətində hamımızın dəstəyi və səfərbərliyi vacib məqamdır”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri