26 
Mar
2020
11:50
416
44
7617
Virtual karabakh

Aleksandr Xramçixin: “Əgər müharibə yalnız Qarabağda getsə, Rusiya qarışmayacaq” – MÜSAHİBƏ

26 Mar, 2020
11:50
7617

Aleksandr Xramçixin: “Əgər müharibə yalnız Qarabağda getsə, Rusiya qarışmayacaq” – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda “humanitar bəhanə” adı altında Qarabağın anşlüsünü təşkil etmək üçün çağırışlar səsləndirilir. Bəhanə - koronavirus pandemiyasıdır. İndi onsuz da heç kim fərqinə varmayacaq. Fərq edilsə belə, reaksiya verilməyəcək.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə qeyd edib ki, nəhayət, Ermənistan, Azərbaycan və koronavirus təkbətək qalıb.

“Pandemiyadan əvvəlki beynəlxalq münasibətlər sistemi tamamilə çökdü. Böhran keçdikdən sonra hər şeyin əvvəlki qaydada bərpa olunacağını güman etmək üçün heç bir əsas yoxdur. İndi reallıq budur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vəziyyətə təsir edən iki oyunçu qalıb. Bunlar Azərbaycan və Ermənistandır. Düşünürəm ki, bir-iki həftə sonra Azərbaycan tərəfindən Ermənistana verilmiş sual aktual ola bilər - qoşunlarınızı işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmaq üçün neçə günə ehtiyacınız var?”, - deyə keçmiş nazir qeyd edib.

Media.Az-a danışan Rusiyanın aparıcı hərbi ekspertlərindən biri, Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin bu fikirlə razıdır.

- Dünyada koronavirus pandemiyası hökm sürür və bu fonda erməni fəallar Qarabağın anşlüsünə çağırış edirlər. Azərbaycanın işğal edilmiş ərazilərində, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyət artıq gərginləşir.

- Görünür, anşlüs sözü adı altında 1938-ci ildə Avstriyanın Almaniyaya birləşdirilməsi kimi Qarabağ ərazisinin rəsmi şəkildə Ermənistana birləşdirilməsi nəzərdə tutulur.

- Bəs dünya bunun fərqinə necə varmaya bilər?

- Əgər bu baş verərsə, dünya bunun formal olaraq fərqinə varacaq. Ancaq faktiki olaraq, heç nə etməyəcək. Üstəlik, hətta koronavirus epidemiyası olmasaydı belə, beynəlxalq ictimaiyyət heç bir tədbir görməzdi. Burada birbaşa marağı olan tərəflər nəsə edə bilər.

- İşğal olunmuş ərazilərdəki təmas xəttində vəziyyətin gərginləşdiyi aydındır...

- Mövqeyimi təkrarlaya bilərəm: Müharibə (Qarabağda - red.) hər hansı bir virusdan asılı olmayaraq, hər an başlaya bilər.

- Yəni, Ermənistan və Azərbaycan həqiqətən təkbətək qala bilər? Heç kim müdaxilə etməyəcək?

- Yenə təkrar edirəm, dünya istənilən halda bu cür davranardı. Əlbəttə, Türkiyə və Rusiyanı maraqlı tərəf adlandırmaq olar. Ancaq qalanları üçün heç bir fərqi yoxdur. Əgər müharibə Ermənistan Respublikasının ərazisi ilə deyil, yalnız Qarabağla məhdudlaşarsa, çox güman ki, Rusiya da müdaxilə etməyəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri