24 
Apr
2019
12:51
19
209
4430
Virtual karabakh

Aydın Mirzəzadə: Xalq ayağını dirədi ki, torpağımı vermirəm

24 Apr, 2019
12:51
4430

Aydın Mirzəzadə: Xalq ayağını dirədi ki, torpağımı vermirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ problemi ilə bağlı ötən illər ərzində aparılan danışıqlar prosesinin nəticəsini təhlil etsək, görərik ki, Azərbaycan bu məsələdə öz prinsipial mövqeyindən geri çəkilməyib.

Bunu Oxu.Az-a açıqlamasında politoloq, millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

“Ancaq gəlin bu yerdə tarixə ekskursiya edək. Ötən əsrin əvvəllərində ermənilər bu torpaqlara, bu ərazilərə köçürüldü, 1840-cı ildə erməni vilayəti yaradıldı. 1918-ci ildə Azərbaycanın tarixi ərazisi olan İrəvan ermənilərə verildi.

Daha sonra Göyçə-Zəngəzur ermənilərə verildi, 1929-cu ildə Mehri rayonu Ermənistana birləşdirildi. Bundan sonra zaman-zaman min hektarlarla ərazilərimiz ermənilərə, Ermənistana verildi.

Erməni icması zaman-zaman Azərbaycanı qəsb etdi”, - deyən millət vəkilinin sözlərinə görə, 31 il öncə Azərbaycan xalqı öz dirənişini göstərib.

“1988-ci ildə Azərbaycan xalqı ayağını dirədi ki, torpağımı vermirəm. O dövrdən indiyə qədər erməniləri, Ermənistanı dəstəkləyən dairələrin, ölkələrin təzyiqlərinə baxmayaraq, Azərbaycan ərazi bütövlüyü məsələsindən geri çəkilmir.

Eyni zamanda, Dağlıq Qarabağ kimi problemlər dünyada onlarladır, ancaq onların içərisində Azərbaycan yeganə dövlətdir ki, Qarabağ problemini dünya siyasətinin gündəmində saxlaya bilir, böyük dövlətlər bu məsələyə vaxtaşırı münasibət bildirir.

Ümumi nəticə bundan ibarətdir və üzü yüz illərdən günümüzə qədər gələn problemin qısa zamanda həll edilməsi, göründüyü kimi, mümkün olmur. Amma Azərbaycanın qətiyyəti, cənab prezidentin düşünülmüş siyasəti, güclü daxili və xarici siyasət öz nəticəsini verir ki, Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanın özündə həmin ölkə tərəfindən Azərbaycan torpaqlarının işğal olunması etiraf edilir.

Artıq Ermənistan silahlı qüvvələrinin Azərbaycan orsusundan zəif olduğunu və hücuma keçmək iqtidarında olmadığı etiraf edilir. Hesab edirəm ki, bunlar Azərbaycanın mövqeyinin nəticəsidir və bizim danışıqlar prosesində üstünlüyümüzdür”, - deyə A.Mirzəzadə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri