May
2024
15:12
42
42
1749
Virtual karabakh

CNN jurnalistləri SEPAH-ın İrandakı hərbi bazasına girdilər: İsrailə zərbə endirilən silahlar -VİDEO

2 May, 2024
15:12
1749

CNN jurnalistləri SEPAH-ın İrandakı hərbi bazasına girdilər: İsrailə zərbə endirilən silahlar -VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

CNN İranın Tehran şəhərində hava və kosmos imkanlarının nümayiş etdirildiyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sərgisinə nadir çıxış imkanı əldə edib ki, indiyədək ABŞ KİV-ləri heç vaxt içəri buraxılmayıb.

CNN jurnalistləri SEPAH-ın hərbi bazasına baş çəkiblər və burada SEPAH-ın briqada generalı Ali Belali onlara İsrailə zərbələr endirmək üçün istifadə edilən silahları nümayiş etdirib.

İranlı general jurnalistlərə aprelin 14-də İsrailə hücum zamanı atılan ballistik və qanadlı raketlər, dron-kamikadzelər və s. göstərib.

Belalidən İsrailə nə qədər ballistik raket atıldığı da soruşulub. “Bunu israillilərdən soruşmalısınız”, - deyə o cavab verib.

Ali Belalinin sözlərinə görə, raketlərin hazırlanması İranın müdafiə strategiyasının açarıdır.

“Biz müdafiə imkanlarımızla bağlı heç kimə arxalanmırıq. Bu sahədə yaxşı irəliləyiş əldə etmişik və bundan sonra da inkişaf etməyə davam edəcəyik. Elə nailiyyətlər var ki, onlar barədə hələ danışmamışıq”, - deyə iranlı general qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri