27 
Apr
2024
05:02
92
25
2354
yuxarı
Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” - FOTO
27 Apr, 2024
05:02
2354
92
25
Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” - FOTO
Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb.
Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub.
“Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıda onun üçün qeyd yazdım. “Ayı qardaş, xahiş edirəm, qapını sındırma. Açar ayaqaltının altındadır. Şiddət heç bir problemi həll eləmir”, - yazıb qapıya yapışdırdım. Güman edirəm ki, ayı başa düşər”, - deyə fermer hərəkətini izah edib.
Mənbə: Haber Global
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək