27 
Apr
2024
04:01
35
126
3438
Virtual karabakh

Qəbiristanlıqda lüt soyunaraq yolsuzluq avtomobilini sınaqdan keçirən sərxoş rusiyalının şousu - FOTO

27 Apr, 2024
04:01
3438

Qəbiristanlıqda lüt soyunaraq yolsuzluq avtomobilini sınaqdan keçirən sərxoş rusiyalının şousu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Saxalin şəhərində yolsuzluq avtomobilinin sürücüsü qəbiristanlıqda “yarış” keçirib. O, maşını ilə qəbirlərin üstündən keçib, bir neçə başdaşını dağıdıb, sonra isə soyunaraq çılpaq halda maşının ətrafında qaçıb.

Qəribə hadisəyə şahid olan qəbiristanlıq işçiləri polisə zəng vurublar.

Məlumata görə maşında daha üç nəfər olub. Hadisə yerinə gələn polislər onların hamısını saxlayıblar.

Sürücü və sərnişinlər sərxoş olublar. Onlar qəbiristanlığa məzarlardan birini ziyarət etmək üçün getdiklərini bildiriblər.

Mənbə: “Baza” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri