24 
İyn
2022
09:28
26
286
6855
yuxarı
Dünyanın ən varlı adamının övladı cinsiyyətini və adını dəyişdi - FOTO
24 İyn, 2022
09:28
6855
26
286
Dünyanın ən varlı adamının övladı cinsiyyətini və adını dəyişdi - FOTO
Los-Anceles dairəsinin Ali Məhkəməsinin hakimi amerikalı iş adamı İlon Maskın 18 yaşlı uşağının cinsiyyətinin və adının dəyişdirilməsi tələbini təmin edib.
Bu barədə TMZ məhkəmə sənədlərinə istinadən xəbər verir.
Ksavyer Mask artıq Vivian Cenna Uilson oldu.
Qeyd olunur ki, Uilson yeniyetmənin anasının qızlıq soyadıdır.
Nəşrin məlumatına görə, Vivian Cenna tezliklə yeni doğum şəhadətnaməsi alacaq.
Mask kanadalı yazıçı Castin Uilson ilə 2000-ci ildə evlənib. 2008-ci ildə boşanan cütlüyün ümumilikdə beş övladı var. Maskın digər iki övladının anası müğənni Qraymsdır (Kler Buşe).
Qeyd edək ki, “Forbes”un sayca 36-cı dollar milyarderlərinin reytinqinə İlon Mask 219 milyard dollarlıq sərvətilə başçılıq edir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Maraqlı xəbərləri
28 
Apr
2024
05:41
Bir saatda qucaqladığı ağaclar afrikalı gəncin adını tarixə yazdı - FOTO
69
115
11170
27 
Apr
2024
15:06
ABŞ-nin bir neçə ştatında tüğyan edən tornadodan qorxulu görüntülər - VİDEO
96
30
1361