Fev
2022
03:47
164
23
3169
Virtual karabakh

Hər gün idman edən 102 yaşlı kişi gümrahlığının sirrini açıb - FOTO/VİDEO

1 Fev, 2022
03:47
3169

Hər gün idman edən 102 yaşlı kişi gümrahlığının sirrini açıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər gün trenajorda məşq edən 102 yaşlı amerikalı Ceyms Çou uzunömürlülüyünün və gümrahlığının sirrini açıb. Havay sakini hesab edir ki, o, müntəzəm olaraq idman zalına getdiyi üçün bu qədər uzun yaşayıb.

Çou həmçinin evdə isə tai-çi (uşunun bir növü) və sərbəst çəkilərlə məşq edir.

O, uzunömürlülük və gümrahlığının başqa bir səbəbini çəkisinə diqqət etməkdə olduğu ilə izah edib. Belə ki, Çouda şəkərli diabetə və piylənməyə meyli diaqnozu qoyulsa da, düzgün qidalanma sayəsində hər şeyi nəzarətdə saxlayır.

“Çəkimi 51 kiloqrama yaxın saxlamağa çalışıram. Əgər çəkim çoxdursa, daha az yeyirəm. Çəkim çox azdırsa, daha çox yeyirəm”, - deyə kişi izah edib.

Bundan əlavə, Çou əqli cəhətdən aktiv olmağın vacib olduğunu da bildirib. O, boş vaxtlarında daim “solitaire” oynayır, 100 yaşına qədər isə müntəzəm olaraq özü vergilərini hesablayıb və bəyannamələr doldurub.

Psixi sağlamlığın başqa bir əhəmiyyətli aspektini amerikalı həyata müsbət münasibəti göstərib.

“İnsanlarla mehriban olun. Fəaliyyət və reaksiya prinsipi; mən sizə mehribanamsa, siz də mənə mehriban olursunuz”, - deyə uzunömürlü kişi bildirib.

Çou Çində anadan olsa da, 1956-cı ildə ABŞ-a köçüb. O, Honoluluda məskunlaşıb və bütün həyatı boyu Havay Universitetində maşınqayırma professoru kimi çalışıb. Yaşlı kişi müəllim işləyərkən layihələndirdiyi şəxsi evində yaşayıb, oğlunun və gəlininin nəzarətinə isə bu yaxınlarda ehtiyac duyub.

Mənbə: Hawaii New Snow

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri