27 
Noy
2021
02:03
93
76
3973
Virtual karabakh

Bloqer 456 min dollar mükafatla “Kalmar Oyunu”nun dəqiq versiyasını yaradıb - VİDEO

27 Noy, 2021
02:03
3973

Bloqer 456 min dollar mükafatla “Kalmar Oyunu”nun dəqiq versiyasını yaradıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“MrBeast” təxəllüsü ilə tanınan videobloqer və şoumen Ceyms Donaldson məşhur “Kalmar Oyunu”nun (“Squid Game”) dəqiq versiyasını yaradıb (təbii ki, ölüm səhnələri istisna olmaqla).

O, Cənubi Koreya istehsalı olan məşhur serialın qəhrəmanları ilə eyni sınaqlardan keçmək və 456 min dollar pul mükafatı uğrunda mübarizə aparmaq üçün 456 könüllünü (serialdakı qədər) dəvət edib.

Donaldson bu barədə 70 milyon abunəçisi olan “YouTube” kanalında video yayımlayıb.

Çıxışından sonra bir neçə saat ərzində video təxminən 50 milyon baxış və beş milyondan çox bəyənmə toplayıb. Şərhlərdə tamaşaçılar çəkilişin səviyyəsinə və təşkilatçılığına heyran qalıblar.

KİV-də ehtimal edilir ki, belə bir çelencin yaradılması 23 yaşlı bloggerə 3,5 milyon dollara başa gəlib. Bunlardan 2 milyonm dolları dekorasiya və onların quraşdırılmasına, 1,5 milyonu isə mükafatlara xərclənib (çünki hətta uduzanlara da iştirak üçün mükafat verilir).

Qeyd edək ki, “Kalmar Oyunu” sentyabrın 17-də yayımlanıb və dərhal da ən populyar serial olub.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri