26 
Noy
2021
05:41
93
28
3557
Virtual karabakh

Optik illüziya hər kəsi çaş-baş qoydu - VİDEO

26 Noy, 2021
05:41
3557

Optik illüziya hər kəsi çaş-baş qoydu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SweetAdeline” ləqəbli bloqerin “TikTok”da paylaşdığı optik illüziyalı rəsm görənləri çaş-baş qoyub. Video paylaşıldığı az müddətdən sonra populyarlaşıb, şərhlərdə bir çox istifadəçi gördüklərinin onları çaşdırdığını etiraf ediblər və fiquru “sehrli” adlandırıblar.

"Sizi bilmirəm, amma optik illüziyalar məni heyrətə salır”, - deyə “SweetAdeline” videoya şərh yazıb.

Kadrlarda masanın üzərində dayanan kağız modeli göstərib. Onun kənarında rəsm əsərlərinin, pəncərələrin və döşəmələrin rəsmləri çəkilib. Bloqqer heykəli əvvəlcə yuxarıdan, sonra isə yan tərəfdən videoya çəkib. Bu an fiqur daxildən çəkilmiş dəhliz təsəvvürü yaradıb. Qız kameranı yerindən tərpətdikdə elə effekt yaranıb ki, sanki şəkildəki dəhliz müəmmalı şəkildə masanın içindən keçir.

Lakin videonun sonunda bloqqer çəkiliş bucağını dəyişdirəndə videodakı obyektin əslində qabarıq 3D heykəl olduğu aydın olub.

Bloqqerin videosu dörd milyondan çox baxış toplayıb. Şərhlərdə bir çox izləyicilər optik illüziyadan təsirləndiklərini və çaş-baş düşdüklərini bildiriblər.

“SweetAdeline” eyni zamanda oxşar heykəltəraşlığın yaradılması haqqında video dərslik də dərc edib.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri