30 
Mar
2020
02:15
67
111
2305
Virtual karabakh

Böyük Britaniyada itləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər

30 Mar, 2020
02:15
2305

Böyük Britaniyada itləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya koronavirusa yoluxmuş insanları müxtəlif testlərlə yanaşı itlərin köməyi ilə də təsbit etməyi plalaşdırır.

“Asia One” xəbər verir ki, ölkənin “Medical Detection Dogs” adlı xeyriyyə təşkilatı Daren Universiteti ilə birgə itlərin güclü iybilmə qabiliyyətini nəzərə alaraq müvafiq araşdırmalara başlayıb.

Mütəxəssislər əmindirlər ki, Parkinson sindromunu, onkoloji xəstəlikləri, malyariyanı və digər infeksiyaları artıq müəyyən edə bilən heyvanlar bu işin də öhdəsindən gələ biləcəklər.

Onların fikrincə, itlərin təlim edilməsinə altı həftə vaxt tələb olunur. Təlimlər bitdikdən sonra heyvanlar ilk növbədə sərhəd məntəqələri və hava limanlarında fəaliyyət göstərəcək.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri