26 
Mar
2020
13:52
19
159
8292
Virtual karabakh

Avtomobilin yük yerində iki saatlıq kabus - FOTO

26 Mar, 2020
13:52
8292

Avtomobilin yük yerində iki saatlıq kabus - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Borc məsələsinə görə dalaşdığı iki nəfər tərəfindən döyülüb, sonra isə avtomobilinin baqajına qoyularaq qaçırılıb.

“HaberGlobal”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Samsun şəhərində qeydə alınıb. 

Bildirilir ki, gecə saatlarında baş verən hadisə təsadüfən həmin ərazidən keçən başqa bir vətəndaş tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınıb. Sonra isə polis idarəsinə məlumat verilib.

Videodan avtomobilin dövlət nömrə nişanını müəyyən edən polis əməkdaşları müşahidə kameraları vasitəsilə maşının hara getdiyini öyrənə bilib.

İki saat axtarışdan sonra avtomobil küçələrin birində park halında tapılıb. Döyülərək qaçırılan Samet Meşe avtomobilin yük yerindən çıxarılıb və xəstəxanaya aparılıb.

Son məlumatlara görə, şübhəlilərdən biri saxlanılıb, digərinin axtarışı davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri